Suriyadan təhdid olsa, Türkiyə hərbi gücdən istifadə edəcək

26-02-2016, 20:40           
Suriyadan təhdid olsa, Türkiyə hərbi gücdən istifadə edəcək
Türkyə Suriyada atəşkəs zamanı milli təhlükəsizliyinə təhdid olarsa, "hərbi gücdən istifadə qaydalarına uyğun hərəkət edəcək". Trend-in TRT-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın bu gün mətbuat konfransında bəyan edib.

O bildirib ki, silahlı qüvvələrdən İŞİD və PKK-nın Suriya qanadı olan PYD və YPG-nin döyüşçüləri tərəfindən hər hahsı təhdid olan zaman istifadə edilə bilər.

İ.Kalın qeyd edib ki, Türkiyə Suriyada yerüstü hərbi əməliyyat aparmaq üçün heç bir hazırlıq görmür: "Biz dəfələrlə bildirmişik ki, yalnız beynəlxalq koalisiya qüvvələri çərçivəsində hərəkət edəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru