Türklər 2023-cü ildə kimi prezident görmək istəyir? - Sorğunun nəticələri açıqlandı

2-07-2021, 23:35           
Türklər 2023-cü ildə kimi prezident görmək istəyir? -
Avrasiya İctimai Araşdırmalar Mərkəzi Türkiyədə siyasi qüvvələrin reytinqini müəyyənləşdirən sorğu keçirib.

İyun ayında aparılan sosioloji sorğu zamanı respondentlərə həmin vaxt ümummilli seçkilər keçirilərsə, hansı partiyaya səs verməsi ilə bağlı sual ünvanlanıb.

AİAM-nin prezidenti Kemal Özkiramın qənaətincə, Türkiyədə iyun ayında prezident seçkiləri keçirilsəydi, hazırkı dövlət başçısı dörd potensial rəqiblərinin hər birinə məğlub olardı.

Cebhe.info xəbər verir ki, sorğunun nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyasının siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası ilə birgə yaratdığı Millət İttifaqının 2018-ci ildəki son ümumi seçkilərdə qazandığı 53,6 faiz səs nəzərə çarpacaq dərəcədə azalıb.

İyun ayında Ərdoğanın partiyası parlament seçkiləri keçirildiyi təqdirdə səslərin yalnız 25 faizini, Dövlət Baxçalının liderlik etdiyi MHP isə 6 faizini qazanmaqla kifayətlənərdi.

Reytinq sorğusunda növbəti yerləri 22,9 faiz səslə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası, 12,8 faizlə sağçı İYİ Partiya və 1,2 faizlə mühafizəkar Səadət Partiyası tutub.

Digər müxalif siyasi təşkilatlar aşağıdakı nəticələri belədir: PKK yönlü Xalq Demokrat Partiyası (HDP) 9,4 faiz, Baş nazirin keçmiş müavini Əli Babacanın Demokratiya və Sıçrayış Partiyası 3,8 faiz, sabiq baş nazir Əhməd Davudoğlunun təsis etdiyi Gələcək Partiyası 1,7 faiz.

Sorğuda iştirak edən və qərar verməkdə tərəddüd edən seçicilərin səsləri həmin partiyalar arasında bölüşdürüldükdə, AKP-nin dəstəyi 29,4, CXP-nin reytinqi 26,9, İYİ Partiyanın reytinqi isə 15 faizə yüksəlib.

Rəy sorğusu 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin ən reytinqli namizədlərini də müəyyənləşdirib. Respondentlərin 42,3 faizi bildirib ki, seçkilər iyun ayında keçirilsə, İYİ Partiyanın sədri Meral Akşeneri prezident görmək istəyərdi. Xanım Akşenerlə müqayisədə Ərdoğan 39,8 faiz səs toplayıb.

CHP sədri Kamal Kılıcdaroğluna seçicilərin 44 faizi səs vermək istədiyini bildirib. Prezident Ərdoğan 39,1 faiz səslə sorğuda ona məğlub olub. İstanbul şəhərinin meri Əkrəm İmamoğlu prezidentliyə ən şanslı namizəd adını qazanıb. Respondentlərin 50,2 faizi İmamoğlunu 2023-cü ildə prezident seçmək istədiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan 37,8 faiz səslə Ə.İmamoğluna məğlub olub. Ankara şəhərinin CXP-dən olan meri Mansur Yavaşın prezident olmasını respondetlərin 49,4 faizi dəstəkləyib. R.T.Ərdoğan M. Yavaşla müqayisədə 37 faiz səs yığıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.