İmtahan suallarını gizlicə FETÖ-ya verənlər həbs edildi

6-07-2021, 12:28           
İmtahan suallarını gizlicə FETÖ-ya verənlər həbs edildi
Türkiyə polisi FETÖ terror təşkilatına qarşı mübarizəni davam etdirir.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-ya qarşı mübarizə çərçivəsində haqqında həbs qərarı çıxarılan 15 şübhəli həbs edilib.

Məlumata görə, İstanbul Baş Prokurorluğu 2013-2014-cü illərdə hakim və prokurorluq orqanları üçün keçirilən imtahan suallarının öncədən ələ keçirilərək FETÖ üzvlərinə paylanılması ilə bağlı apardığı araşdırma çərçivəsində 15 şübhəli haqqında həbs qərarı çıxarıb.

Şübhəlilərin yaxalanması məqsədilə bu səhər İstanbul Polis İdarəsi tərəfindən eyni anda 9 bölgədə əməliyyat aparılıb.

Nəticədə şübhəlilərdən 15-i həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.