Türk filmi Fransada dörd mükafat aldı

28-02-2016, 11:37           
Türk filmi Fransada dörd mükafat aldı
Parisdə keçirilən 41-ci “Cesars” Kino Mükafatımərasimində türk rejissor Deniz Gamze Ergüven’in”Mustang” filmi dörd mükafat qazanıb.

Türkiyənin ucqar şimal əyalətlərinin birində yaşayan beş yeniyetmə bacının hekayətini danışan film Ən yaxşı debüt film, Ən orijinal ssenari, Ən orijinal musiqi və Ən yaxşı montaj nominasiyaları üzrə qalibdir. Bacılar mühafizəkar ənənələrdən yayınmağa çalışırlar.

Bu film həm də bu il Oscar kino mükafatına Xarici dildə ən yaxşı film kimi namizəddir.


“Mustang” ötən il Sarayevo Film Festivalında da qaliblər arasında idi. 37 yaşl rejissor Ergüven Türkiyədə doğulub, Fransada böyüyüb.

Philippe Faucon’nun “Fatimə” filmi isə “Cesars” mükafatı mərasimində “Ən yaxşı film” adını qazanıb.

azadliq.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru