Türkiyənin Antalya bölgəsində 6-cı gündür ki davam edən meşə yanğınları Kemer mahalındakı Çıralı çimərliyində yuvadan çıxan sini çanaqlı tısbağa (Caretta caretta) balalarına da mənfi təsir göstərib. Belə ki, üfüqi bürüyən qatı tüstü ilə gündüz işığını fərq edə bilməyən körpə tısbağalar yollarını tapa bilməyiblər.