Türkiyədə iki min illik məzar tapılıb

4-08-2021, 07:29           
Türkiyədə iki min illik məzar tapılıb
Türkiyənin Kəmər bölgəsindəki Parion antik liman şəhərinin qalıqları arasında qədim məzar daşı aşkar olunub.

Bu barədə “Daily Sabah” məlumat yayıb.

Məlumata görə, məzar daşının azı 1900 il öncəyə aid olduğu bildirilib.

Eni və uzunu 1 metr olan daş arxeoloqlar tərəfindən dəyərli tapıntı kimi qiymətləndirilib.

Məzar daşının üzərində ön planda qadın və kişi fiqurları, arxa fonda isə qullıqçular və masa təsvir olunub. Daşın üzərində yazılar da həkk edilib.

Həmçinin, tapıntının əhatəsində daha 10 qəbir aşkar olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru