4 avqust Türkiyənin görkəmli dövlət xadimi Ənvər Paşanın xatirə günüdür

4-08-2021, 11:10           
4 avqust Türkiyənin görkəmli dövlət xadimi Ənvər Paşanın xatirə günüdür
1880-ci ildə İstanbulda anadan olan Ənvər hərbi təhsil alıb, Birinci Dünya Müharibəsində iştirak edib, 1914-cü ildə Osmanlı ordusunun baş qərargah rəisi, 1917-ci ildə hərbi nazir vəzifələrində çalışıb. O, 34 yaşında general-mayor, 36 yaşında isə general-leytenant rütbəsinə yüksəlib.
1918-ci ildə erməni daşnaklarının soyqırımına məruz qalmış Azərbaycan xalqına hərbi yardım göstərilməsinin əsas təşkilatçılarından biri olan, Qafqaz İslam ordusunun təşkili və qarşısında duran vəzifələr haqqında təlimnamə hazırlayan Ənvər Paşa elə həmin il Bakının erməni-rus birləşmələrindən azad edilməsində mühüm xidmətlər göstərib.
Orta Asiyaya keçərək Türküstan basmaç hərəkatında iştirak edib
Türk generalı 1922-ci ildə Türküstanda rus-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsində iştirak edib və avqustun 4-də Tacikistanda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru