PKK quldurbaşçısından şok təlimat: Ərdoğanın planlarını pozun!

4-08-2021, 12:46           
PKK quldurbaşçısından şok təlimat:
Ərdoğanın 2023 və 2071-ci ilə dair planları var. Mübarizə aparmasaq, o, bunu reallaşdıracaq. Gəlin, planlarını pozaq.

Oxuməni.az xəbər verir ki, bu açıqlama ilə PKK liderlərindən Duran Qalxan çıxış edib.

D.Qalxan yeni bir təlimat verərək strategiyalarını "təbliğata" yönəltdiklərini bəyan edib:

"Ərdoğanın 2023 və 2071-ci il hədəfləri var. BMT Baş Assambleyasında göstərdiyi xəritəni hamı bilir. Mübarizə aparmasaq, bunu edəcək. Necə mübarizə aparacağıq? Təbliğat aparacağıq. Dostlar qazanacaqsınız, insanlara təsir göstərəcəksiniz. Bunu hamı belə bilməlidir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə BMT-də "terrordan azad olunmuş" ərazilərin xəritəsini nümayiş etdirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru