Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR

6-08-2021, 07:04           
Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR
Ukrayna Türkiyədəki genişmiqyaslı meşə yanğınları ilə mübarizə üçün dörd vertolyot göndərib. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Qeyd edilir ki, Kiyev hazırda qarşısı alınmaz hala gələn yanğınlarla mübarizə aparan Türkiyəyə ən yaxşı pilot və xüsusi elit heyəti göndərib. Onlar dağlıq şəraitdə yanğınlarla mübarizə aparmaqda bənzərsiz bir təcrübəyə malikdirlər:

"Ekipaj vertolyotları ilə dərhal ölkənin cənub və cənub-qərbində tüğyan edən meşə yanğınlarına qarşı mübarizə əməliyyatlarına qoşulub. Türkiyəyə gələn dörd vertolyotdan ibarət xüsusi heyət, istənilən hava şəraitində, gecə və gündüz çalışa bilir, axtarış tədbirləri, yanğınların söndürülməsi üçün tapşırıqları uğurla yerinə yetirirlər ",- Ukraynanın Türkiyədəki səfirliyindən verilən məlumatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.