Polşa Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır

6-08-2021, 08:16           
Polşa Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır
Polşa meşə yanğınlarının söndürülməsində Türkiyəyə kömək etməyə və əməliyyatda iştirak üçün xilasetmə qrupu göndərməyə hazır olduğunu bildirdi.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda öz "Twitter" səhifəsində yazıb.

"[Polşa] Baş naziri Mateuş Moratskiyə yanğın təyyarələrinə və vertolyotlara ehtiyacı olan Türkiyəyə dəstək verilməsi xahişi ilə müraciət etdim. Yanğınsöndürənlərimiz tezliklə oraya gedəcəklər", - Duda yazır və qeyd edib ki, Türkiyə Polşanın köməyinə arxalana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru