Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

12-08-2021, 07:58           
Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni və İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Türkiyədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

İran Prezidenti ilə telefon söhbətində isə R.T.Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru