Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 32% artırıb

13-08-2021, 13:12           
Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 32% artırıb
Azərbaycan vətəndaşları bu ilin yanvar-iyul aylarında Türkiyədə 720, təkcə iyul ayında isə 127 mənzil alıb.

"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 31,9% və 10,4% çoxdur.

7 ay ərzində Türkiyədə xarici vətəndaşlara 25 310, ötən ay isə 4 564 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 47,3% və 64,6% çoxdur.

İuylda Türkiyədə ən çox mənzil alanlar İraq vətəndaşları olub. Onlara ötən ay 712, yanvar-iyul aylarında isə 3 731 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay bu türkiyədə 619, yanvar-iyul aylarında isə 3 689 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 365, yanvar-iyul aylarında isə 2 124 mənzilə sahib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru