Azərbaycanlılar Türkiyənin hansı bölgələrində yanğın söndürdü - SİYAHI

13-08-2021, 15:41           
Azərbaycanlılar Türkiyənin hansı bölgələrində yanğın söndürdü - SİYAHI
"Milas, Yeniköy istilik-elektrik stansiyası, Kəmərköy istilik-elektrik stansiyasında yanğınlar çox şiddətli olub. Bunların söndürməsi və mühafizəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük fədakarlıq göstəriblər".

Bizim.Media xəbər verir ki, bunu yerli jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, iyulun 30-dan başlayaraq FHN-nin yanğın-xilasetmə qrupu 4 mərhələdən etibarən Türkiyənin Muğla vilayətinə gəlib:

"Buraya gəldiyimiz ilk günlərdə yanğınlara qarşı mübarizədə iştirak etmişik. Adıçəkilən bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimlə mühafizə işləri aparırlar".

Nazir müavini vurğulayıb ki, bundan əlavə olaraq qüvvələrimiz Köyceyiz rayonunun Pınar, Karayer, Kavakcık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli yaylağı istiqamətində yanğınlarla mübarizə aparıblar:

"Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgəsində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmər bölgəsində, Menteşə mərkəzində, Muğlanın düzənlik sahəsi, Kozaağac və Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fətiyyə bölgəsi, Dalaman hava limanı ətrafı, Dənizli şəhərində Buldak, Tavas, Urduk-Bucak bölgəsində tapşırıqlar icra olunub", - o, əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru