Allahın köməkliyi ilə bu fəlakətlərin öhdəsindən gələcəyik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dövlət olaraq əlimizdən gələni edəcəyik və inşallah küllərimizdən yenidən ayağa qalxacağıq. Bu dövlət heç zaman çökmədi, yıxılmadı, yenə yıxılmayacağıq və bütün problemləri ən qısa zamanda aradan qaldırmağa çalışacağıq", - Ərdoğan bildirib.