Türkiyədə yanğını söndürən təyyarə qəzaya uğradı - VİDEO

14-08-2021, 19:19           
Türkiyədə yanğını söndürən təyyarə qəzaya uğradı - VİDEO
Türkiyənin Kahramanmaraş vilayətinin Bertiz bölgəsində meşəlik ərazidə çıxan yanğını söndürən təyyarə dağa çırpılıb.

Sonxeber.az-ın məlumatına görə, bu barədə "Haber Global" xəbər verib.

Bildirilir ki, əraziyə axtarış-xilasetmə heyəti cəlb edilib.


Qəzanın səbəbləri məlum deyil.

"RİA Novosti"nin RF Meşə Təsərrüfatı idarəsinə istinadla verdiyi məlumatına görə, qəzaya uğrayan təyyarə Rusiyadan icarəyə götürülübmüş.

Türkiyə Meşə Təsərrüfatı İdarəsindən bildirilib ki, təyyarədə 8 nəfər olub: Onlardan altısı Rusiya komandasından idi, ikisi isə Türkiyə vətəndaşı olub.

Heyət üzvlərinin taleyi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru