Türkiyədə Mərmərə gölü quruyub - FOTO

15-08-2021, 17:12           
Türkiyədə Mərmərə gölü quruyub - FOTO
Türkiyənin Manisa vilayətindəki Mərmərə gölü quruyub.

TRT xəbər verir ki, 150 milyon kubmetr tutumu olan gölün suyu ölkədəki rekord istilər səbəbindən buxarlanıb.

Bildirilib ki, gölün quruması ətraf kənd və qəsəbələrdə yaşayan yerli sakinlər üçün əsl fəlakətə çevrilib. Belə ki, su hövzəsi həm əkin sahələrinin suvarılması, həm də əhalinin dəniz məhsulları, xüsusən də balıqla təminatı baxımından bölgədə mühüm rol oynayıb.

Mərmərə gölü həmçinin minlərlə köçəri quş üçün də müvəqqəti dayanacaq yeri olub.

Ekspertlər gölün qurumasını ekoloji fəlakət kimi qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru