Qaradəniz bölgəsində ölənlərin sayı 64 nəfərə çatıb 16-08-2021, 07:34 Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.Ölənlərin 54-ü Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.Hazırda həmin bölgələrdə 8 mindən çox canlı qüvvə axtarış-xilasetmə, eləcə də təmizlik, bərpa işlərində iştirak edir. Facebook-da paylaş