Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurub

16-08-2021, 20:30           
Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurub
Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin hava sərhədlərini pozan Əfqanıstan təyyarəsini vurub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafə Nazirliyindən bildirilib.

Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.