İstanbulda polis “Zaman” qəzetinin redaksiyasında axtarış keçirir

5-03-2016, 09:20           
İstanbulda polis “Zaman” qəzetinin redaksiyasında axtarış keçirir
İstanbulda polis “Zaman” müxalifət qəzetinin ofisində axtarış keçirir. Bundan əvvəl polis redaksiya qarşısında toplaşan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

APA-nın “Zaman”a istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı qəzetin bir neçə əməkdaşı və müxalifətdən olan bir neçə deputat xəsarət alıb.

Qeyd edək ki, ötən gün İstanbul məhkəməsi “Zaman” qəzetini idarə edəcək himayəçiləri təyin edib. Jurnalistlər bu qərarın qəzetin bağlanması ilə nəticələnəcəyini hesab edirlər.

Xatırladaq ki, fevralın 2-də “Koza-İpek” holdinqinə daxil olan “Kanaltürk” və “Bugün TV” telekanalları, “Bugün Gazetesi” və “Millet Gazetesi” nəşrləri, habelə “Kanaltürk Radyo” radiostansiyası fəaliyyətini dayandırıb. Holdinqin himayəçiləri rəsmi bəyanatda qeyd olunan KİV-lərin bağlanılmasını onların rentabelli olmaması ilə əlaqələndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru