Türk ordusu Əfqanıstandan çəkilir? – Çavuşoğludan kritik açıqlamalar

18-08-2021, 12:21           
Türk ordusu Əfqanıstandan çəkilir? –
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra bu ölkədəki türk hərbi qüvvələrinin çıxarılacağı ilə bağlı iddiaya cavab verib.

Teleqraf.com-un xəbərinə görə, nazir bu barədə danışmağın hələ tez olduğunu bildirib.

“İndi yeni şərtlər yarandığı üçün bunu söyləmək tezdir. Biz Kabil Hava Limanının hərbi qanadındayıq. Mülki tərəfdə xaos hökm sürür. Təyyarələrin eniş və qalxması ilə bağlı problem yaranıb. Təəssüf ki, ölənlər də var. Çox üzüldük. Missiyaların təxliyəsi davam edir”, - Çavuşoğlu qeyd edib.

Türkiyənin baş diplomatı hakimiyyəti ələ keçirən Talibanla danışıqların aparıldığını söyləyib.

O, Talibanın Türkiyə ilə əməkdaşlıq məsələsinə dair müsbət açıqlamalarından məmnun olduqlarını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.