Rusiya yanğınsöndürən təyyarələri Türkiyədən niyə vaxtından tez dönür? İBRAHİM NƏBİOĞLU BU SUALA CAVAB AXTARIR...

18-08-2021, 12:27           
Rusiya yanğınsöndürən təyyarələri Türkiyədən niyə vaxtından tez dönür?
Türkiyədə meşə yanğınlarını söndürmək üçün Rusiyadan kirayələnmiş yanğınsöndürən təyyarələri müqavilədə nəzərdə tutulmuş vaxtdan xeyli tez geri dönür. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu özünün sosial şəbəkə hesabından paylaşıb.



Müqaviləyə əsasən Rusiyadan kirayələnən təyyarələrə görə gündə 350 min TL ödənilib. Müqavilədə təyyarələrin 2021-ci il noyabrın 30-na qədər kirayələndiyi göstərilib. Lakin indi onlar geri dönür. “Rusiyanın yanğınsöndürən təyyarələri ölkələrinə dönür. Amma dönüş tarixi müqaviləyə əsasən 30 noyabr tarixidir. Nələr baş verir, kim bilir...”,-İbrahim Nəbioğlu yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə yanğınsöndürmə fəaliyyətlərinə cəlb edilmiş bir Rusiya Be-200 amfibiya-təyyarəsi qəzaya uğrayıb, nəticədə 5 rusiyalı pilot və 3 türkiyəli fövqəladə hallar xidməti əməkdaşı həlak olub.

virtualaz.org













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.