Ərdoğandan müxalifətə şok reaksiya - "Başınıza daş düşsün!"

19-08-2021, 11:45           
Ərdoğandan müxalifətə şok reaksiya -
Ötən gün yerli televiziya kanallarına müsahibə verən Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan müxalifəti çox sərt bir şəkildə tənqid edib.

EDNews xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu son günlərdə Ərdoğanın ABŞ prezidenti Co Baydenlə görüşü zamanı bir milyona yaxın qaçqının Türkiyəyə gətirilməsinə razılıq verdiyini iddia edib və bu qərarı tənqid edib. Müsahibədə Ərdoğana Kılıçdaroğlunun irəli sürdüyü bu iddia soruşulub və Ərdoğan bu suala belə cavab verib:

"Bu adam bunu haradan görüb, kim bunu ona çatdırıb? Bu adam yalançıdır, bu günə kimi onun doğru bir sözü olmayıb. Olmayan bir şeyi iddia edir, iddiasını müdafiə edir və bunu siyasi bir mövzu kimi ortaya çıxarır. Söylədiklərində tək key var, o da görüşdə Xarici İşlər Nazirliyinin əməkdaşlarının olmamasıdır. Bu nə deməkdir? Məgər XİN əməkdaşının o görüşdə iştirakı vacibdirmi?! Mən varam orada, XİN kimə bağlıdır, mənə bağlıdır. Mən kimlə danışıram?! ABŞ prezidenti ilə...

"İşləri gücləri yoxdur, diqqəti yönəldiblər tərcüməçimizə. Yatırlar, dururlar "görüşdə ancaq tərcüməçi var idi" deyirlər. Başınıza tərcüməçim boyda daş düşsün!. Ya bunu sübut elə, ya da çıx üzr istə! Lakin bunlarda elə xarakter yoxdur. Bütün hədəfləri Türkiyənin beynəlxalq diplomatiya ilə həyata keçirdiyi bu görüşlərdə rüsvay etməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.