Bu türk dövləti Paşinyanı duz çörəklə qarşıladı - FOTOLAR

19-08-2021, 14:13           
Bu türk dövləti Paşinyanı duz çörəklə qarşıladı  -
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstana işgüzar səfərə gedib.

Turkustan.az xəbər verir ki, Avrasiya Hökumətlərarası Şurasının işində iştirak etmək üçün Qırğızıstana gedən Paşinyanı hava limanında ölkənin rəsmiləri qarşılayıb. Milli geyimli qızlar Paşinyanı qırğız milli yeməyi "boorsok"a qonaq ediblər.

Ermənistan baş naziri Qırğızıstan prezidenti Sədir Japarovla görüşüb. Görüş Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutub.

Avrasiya Hökumətlərarası Şurasına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Budəfəki toplantıda Özbəkistan və Kubanın baş nazirləri də müşahidəçi statusda iştirak edəcəklər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru