Ermənistan Türkiyə ilə danışıqlara hazır olduğunu BƏYAN ETDİ

19-08-2021, 19:34           
Ermənistan Türkiyə ilə danışıqlara hazır olduğunu BƏYAN ETDİ
Ermənistan hökuməti 2021-2026-cı illər üçün proqramını təqdim edib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, proqramın xarici siyasəti bölməsində Türkiyə ilə münasibətlərin normallaşması məsələsi əsas istiqamət kmimi müəyyənləşdkirilib.

Proqramda bildirilir ki, Ermənistan həm keçmişdə, həm də bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səy göstərməyə hazırdır.

Hökumət hesab edir ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlanması, həmçinin Türkiyənin 44 günlük müharibəyə açıq şəkildə qoşulması bölgədə sülhə və davamlı inkişafa mənfi təsir göstərib.

“Ermənistan Respublikası bölgədə sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın möhkəmlənməsi üçün Türkiyə ilə münasibətləri heç bir şərt olmadan normallaşdırmağa hər zaman hazırdır. Ermənistan bunun üçün səy göstərməyə də hazırdır. Ön şərtlər olmadan irəli gedərək, tərəflər qarşılıqlı etimad mühiti yaratmaq üçün birlikdə çalışmalıdırlar”,-deyə hökumətdən bildirlib.

Proqramı Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru