Türkiyədə tədris bu tarixdən əyani formada olacaq

20-08-2021, 00:06           
Türkiyədə tədris bu tarixdən əyani formada olacaq
Türkiyədə sentyabrın 6-dan əyani formada təhsil davam etdiriləcək.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib ki, şagirdlərlə ünsiyyətdə olan, amma yeni növ koronavirusa qarşı (COVID-19) mübarizə çərçivəsində peyvənd olunmayanlardan həftədə iki dəfə test nəticələrinin təqdim olunması tələb ediləcək. R.T.Ərdoğan deyib ki, universitetlərdə müəllim və digər işçi heyətin arasında peyvəndi qəbul etməyənlərdən də mütəmadi test tələb olunacaq.

Türkiyə Prezidenti hava və şəhərlərarası ictimai nəqliyyatda, eləcə də konsert və kinoteatr kimi əhalinin kütləvi toplaşdığı məkanlarda PCR testi tələbi tətbiq ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru