Qazaxıstan və Rusiya arasında gərginlik: Lavrov telefona əl atdı

20-08-2021, 07:08           
Qazaxıstan və Rusiya arasında gərginlik: Lavrov telefona əl atdı
Qazaxıstan hakimiyyətini bu ölkədə yaşayan etnik ruslar və rus dilinə qarşı ayrı-seçkilik etməkdə ittiham edən hüquqşünas Ermek Tayçibekov 7 il azadlıqdan məhrum olunub.

Teleqraf.com xəbər verir ki, Almatı məhkəməsində hakim qarşısına çıxarılan hüquq müdafiəçisi cəzasını sərt rejimli koloniyada çəkəcək.

O, ölkədə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib.

Tayçibekov və ailə üzvləri məhkəmənin qərarına etiraz edib.

Hüquq müdafiəçisinin cəzalandırılmasına ötən il səsləndirdiyi bu sözlər olub: “Qazaxıstanda dövlət səviyyəsində ruslara, rus mədəniyyəti, o cümlədən rus dilini yox etmək üçün məqsədyönlü işlər aparılır”.

Məhkəmə qərarının elan edilməsindən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov qazax həmkarı Muxtar Tleuberdiyə zəng edib.

Lavrov Qazaxıstandakı məişət millətçiliyinə etiraz edib və bunun yolverilməz olduğunu bildirib.

Rusiya mətbuatı, bundan başqa, Qazaxıstanda rus dilində ünsiyyət, eləcə də ictimai yerlərdə yazılı fəaliyyətlərin məhdudlaşdırılmasına dair kampaniya aparıldığını yazıb. Baş verənlər sosial şəbəkələrin Rusiya seqmentində müzakirə yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru