Məhəllə sakinləri və yanğınsöndürənlər iki yaşlı uşağa görə səfərbər oldular - VİDEO
21-08-2021, 08:00
Türkiyənin İzmit şəhərində iki yaşlı uşaq pəncərədən asılı vəziyyətdə qalıb.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, təhlükəli anlar və daha sonra uşağın xilas edilməsi anı ətrafdakı insanlar tərəfindən anbaan qeydə alınıb.
Məhəllə sakinləri və orada mağaza işlədən satıcılar dərhal yumşaq yataq dəstlərini götürərək binanın altında dayanıb və balacanın həyatını xilas etməyə cəhd göstəriblər.
Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları çağırılıb.
Qısa müddət sonra hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları yanğında istifadə edilən nərdivanın köməyi ilə azyaşlını ikinci mərtəbədən aşağı endiriblər. oxu