Türkiyə daha 100 vətəndaşını Kabildən təxliyə edib

21-08-2021, 07:11           
Türkiyə daha 100 vətəndaşını Kabildən təxliyə edib
Türkiyə vətəndaşlarının tərkibi 100 nəfərdən çox olan növbəti qrupu Əfqanıstanın paytaxtı Kabildən çıxarılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Türkiyənin Hərbi Hava Qüvvələrinin "Herkules" S-130 hərbi-nəqliyyat təyyarəsi ilə Əfqanıstanı tərk ediblər.

Təxliyə edilənlər arasında beş tibbi işçi də var. Onlar Türkiyənin hərbçiləri tərəfindən Kabilin mərkəzindən xilas ediliblər. Qeyd edilir ki, tibb işçiləri daha əvvəl paytaxtdan çıxmaqda çətinliklə üzləşiblər.

Məlumata görə, təyyarə Pakistanda yerə enəcək və sərnişinlər “Turkish Airlines” aviaşirkətinin reysi ilə Türkiyəyə çatdırılacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru