Vaksin olunmayanlar üçün test dövrü başlayır, ancaq Türkiyədə

22-08-2021, 00:06           
Vaksin olunmayanlar üçün test dövrü başlayır, ancaq Türkiyədə
Vətəndaşlardan uçuş öncəsi, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat öncədən PCR test vermələri tələb olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

Türkiyədə vaksin olunmayanlardan COVID-19 testi tələb oluncaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, vaksin olunmayanların teatr, kinoteatr, konsert salonlarına girişi COVID-19-la əlaqədar verilən PCR testin neqativ nəticəsi ilə mümkün olacaq. Bununla da peyvənd olunmaq istəməyənlərin də sərbəst hərəkətinin təminatı məqsədi ilə artıq Türkiyə hökuməti müəyyən addımlar atıb.

Bundan başqa, vətəndaşlardan uçuşdan əvvəl, şəhərlərarafı avtobusla səyahət zamanı 48 saat əvvəl PCR test vermələri tələb olunacaq. Təhsil sektorunda çalışan işçilər üçün bu testlər dövlət xətəxanalarında pulsuz olaraq həyata keçiriləcək.

Vaksin olunmayan müəllimlərddən də bu testlər tələb olunacaq. Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ötən gün münasibət bildirib.

"6 sentyabrda əyani təhsilə başlanması ilə yanaşı vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri həftədə 2 dəfə COVID-19 testi verəcəklər", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru