65 yaşında 814 kilometr məsafəni piyada qət etmək qərarına gəldi - FOTO

25-08-2021, 07:49           
65 yaşında 814 kilometr məsafəni piyada qət etmək qərarına gəldi - FOTO
65 yaşlı Türkiyə vətəndaşı Hasan Demir beş ilə yaxındır ki, idman etmək və çəkisini aşağı salmaq üçün mütəmadi olaraq uzun məsafəli yolları piyada qət etməyə üstünlük verir.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, bir müddət əvvəl H. Demir yaşadığı İstanbul şəhərindən Muğla əyalətinin Fəthiyə rayonuna kimi olan məsafəni piyada qət etmək qərarına gəlib.

Yaşlı kişi öz məqsədinə çatmaq naminə 814 kilometr məsafəni gəzərək qət etməlidir.

O, hər gün 90 kilometr məsafə yeriyir.

Hazırda Sakarya vilayətinə yetişən H. Demir səyahətinin təxminən doqquz gün çəkəcəyini bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru