“Taliban”dan şok açıqlama: "Türkiyənin dəstəyinə ehtiyacımız var"

25-08-2021, 12:34           
“Taliban”dan şok açıqlama:
“Türkiyə önəmli ölkədir, Türk xalqı müsəlman və qardaş xalqdır. Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Taliban”ın siyasi ofisinin sözçüsü Məhəmməd Naim Vardak “Anadolu” Agentliyinə müsahibəsində deyib.

“Taliban”ın Türkiyənin dəstəyinə ehtiyacı olub-olmadığı haqda suala cavabında Vardak bildirib ki, belə bir dəstəyə şübhə yoxdur:

“Bu dəstəyi istəyirik. Xalqımız 40 ildir müharibə içindədir, yardıma ehtiyac var. Bütün dünya ölkələrindən, xüsusilə Türkiyədən xalqımız və ölkəmizə yardım etməsini istəyirik”.

Türkiyənin Əfqanıstanda ölkənin yenidən qurulmasında əhəmiyyətli, yaradıcı və pozitiv rol oynaya biləcəyini və bu rola ehtiyac olduğunu qeyd edən Vardak iki ölkə münasibətləri haqqında aşağıdakıları bildirib:

“Əlaqələrimizin iki təməl əsası var. Birincisi, İslam dininin prinipləri, ikincisi ölkə və xalqın yüksək mənfəəti. Bu iki məqam səbəbindən özəlliklə Türkiyə ilə müsbət, yaradıcı və uğurlu əlaqələr qurmaq istəyirik. Bizim Türkiyə ilə problemimiz yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru