HDP-də böhran: Dəmirdaş qorxuya düşdü

6-03-2016, 14:55           
HDP-də böhran: Dəmirdaş qorxuya düşdü
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaş qorxuya düşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə iqtidarına yaxın “Təqvim” qəzeti yazıb.

Qəzetin məlumatına görə, HDP-dən olan millət vəkillərinin PKK-ya kömək etməsi, terrorçuların isə kürd vətəndaşları öldürməsi ilə Dəmirdaş çətin vəziyyətə düşüb. İngiltərə və Almaniyadan gözlədiyi dəstəyi ala bilməyən Dəmirdaş partiyadakı yaxın adamlarına fəaliyyət istiqamətlərini dəyişəcəyini bildirib.

Bundan əlavə, partiya daxilindəki bəzi şəxslər də ona qarşı çıxmağa başlayıb.

HDP-nin İzmirdən millət vəkili Ərtoğrul Kürkçü Səlahəddin Dəmirdaşı kürd xalqına böyük zərər verdiyi üçün xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.