Qazaxıstanda hərbi hissənin anbarında partlayış – 30 yaralı

27-08-2021, 00:05           
Qazaxıstanda hərbi hissənin anbarında partlayış – 30 yaralı
Partlayış nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, xəsarət alanlar Fövqəladə Hallar İdarəsinin əməkdaşları və hərbçilərdir.

***

19:54

Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində naməlum obyektdə partlayış olub.

Yanğının söndürülməsinə Jambil vilayətinin Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları kömək edir”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru