ABŞ Əfqanıstanda Türkiyəyə tələ qurdu, özü düşdü - Ərdoğandan möhtəşəm plan

28-08-2021, 08:37           
ABŞ Əfqanıstanda Türkiyəyə tələ qurdu, özü düşdü -
"ABŞ-ın Kabil hava limanının təhlükəsizliyinin Türkiyəyə həvalə etmək cəhdləri böyük tələ idi".

Türkiyənin “Hürriyet” qəzetinin yazarı, şərhçi Nedim Şener belə deyib. O bildirib ki, ABŞ Suriyada olduğu kimi Əfqanıstanda da, Türkiyəni çətin vəziyyətə salmaq istəyirdi. Yazar qeyd edib ki, Türkiyə rəhbərliyi də bunu yaxşı anlayırdı. Lakin təklifi birbaşa rədd etməyərək Ankara da ABŞ-a “oyun oynadı”.

“Əslində ABŞ gözləyirdi ki, Əfqanıstandan çəkiləndən sonra əfqan ordusu “Taliban”a qarşı mübarizə aparacaq və ölkədə daha da böyük xaos yaşanacaq. ABŞ Türkiyəni Əfqan ordusu ilə “Taliban” arasında baş verəcək mümkün toqquşmanın ortasında saxlamaq istəyirdi. Lakin plan baş tutmadı. Əfqan əsgərlər ciddi müqavimət göstərmədi. Bundan əlavə, əfqan qaçqınların Türkiyəyə axınının baş tutmasıyla Türkiyədə xaos yaratmaq planları var idi”.

Qeyd edək ki, türk sülhməramlılar qruplar şəklində Əfqanıstandan çıxır.(Metbuat.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.