Hakim partiya parçalanır?

9-03-2016, 01:52           
Hakim partiya parçalanır?
Türkiyə gündəmi yeni şok xəbərlərlə sarsılıb

Uzun müddətdir siyasi kulislərdə hakim AK Partiyanın daxilində ciddi narazılıqların olduğu barədə söz-söhbətlər gəzir.

Başda Türkiyənin keçmiş prezidenti Abdullah Gül, keçmiş baş nazirin müavinləri Bülənt Arınç və Hüseyin Çelik olmaqla Ərdoğandan narazıların yeni siyasi güc formalaşdıracağı haqda gəzən xəbərlərin ardından bu gün hakmiyyətə yaxın media qurumlarında adı çəkilən üçlüyə qarşı hücumlar başlandı.

Türkiyədə baş verən son terror hadisələri, Suriya ilə sərhəddəki gərginlik, artan müharibə təhlükəsi, bağlanan media qurumları və buna müxtəlif təbəqələrin etirazı bir vaxtlar AK Partiyanın rəhbərliyində təmsil olunan bu şəxslər tərəfindən sərt tənqid olundular.

"Zaman" qəzetinin əməkdaşlarının qəzetin bağlanmasına etiraz olaraq təşkil etdikləri etirax aksiyası zamanı polisin jurnalistləri döyməsinə isə baş nazirin keçmiş müavini Hüseyin Çelik çox sərt reaksiya verərək AKP hökumətinin aqibətinin çox pis olacağını bildirib.

Hakiniyyətə yaxın media orqanlarında isə KCK terror qruplaşmasının başçısı Cəmil Bayıkın Gül-Arınç-Çelik üçlüyünün siyasi mübarizəyə atılacağı təqdirdə onlara dəstək verə biləcəkləri haqda xəbərlər yer aldı. Hakimiyyətə yaxın qəzetlər Cəmil Bayıkın mesajının tam mətnini dərc ediblər:

"AKP-də hazırda partiyanın quruluş fəlsəfəsinə sahib çıxan bir qrup var. O qrup Ərdoğan və Davudoğlunun həyata keçirdiyi siyasətlə razı deyil. Həmin qrup AKP-ni quruluş fəlsfəsinə döndərmək istəyir. Ərdoğanın mövcud siyasəti AKP və Türkəyini uçuruma sürükləyir, çünki onun komandası faşist siyasət həyata keçirir. Ərdoğan və Davudoğlu siyasətlərini millətçilik üzərində qurub Türkiyəni suriyalaşmaya, iraqlaşmaya sürükləyirlər. Onlara qarşı gələnlrə dəstək verməyə hazırıq", - KCK terror qruplaşmasının liderinin yaydığı mesajda belə deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.