Türkiyəni qan gölünə çevirəcəklər - BU TARİXƏ DİQQƏT!

9-03-2016, 13:35           
Türkiyəni qan gölünə çevirəcəklər - BU TARİXƏ DİQQƏT!
PKK, PYD (PKK-nın Suriya qolu) və solçu terror təşkilatları martın 20-də Türkiyəni qan gölünə çevirmək üçün genişmiqyaslı terror aktlarına hazırlaşır

Politika.Az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Kommunist Partiyası (MLKP) terror təşkilatları martın 11-də hərəkətə keçəcək.

Martın 20-də isə Qəndilin təlimatı ilə 11 min PKK-çı Hakkari vilayətinin Yüksekova mahalını “azad edilmiş bölgə” elan edəcək. Suriyadan gələcək 8 min PYD-li isə Türkiyədəki təhlükəsizlik nöqtələrinə hücum etməyi planlaşdırır.

Məlumata görə, Türkiyədə böyük şəhərləri qan gölünə çevirmək istəyən terror təşkilatlarını silah və sursatla Suriyanın kəşfiyyat qurumu “Əl-Muhaberat” təmin edir. Hücumlarla əlaqədar 81 vilayətin valilikləri və təhlükəsizlik gücləri xəbərdar olunub.

Qeyd edək ki, hələ fevralın əvvəlində Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) DHKP-C, (MLKP), TİKKO (erməni terror təşkilatı kimi tanınır) və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib. MİT-in məlumatına görə, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.

Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru