Türkiyədə dünyada ilk mozaika aşkarlandı

19-09-2021, 00:09           
Türkiyədə dünyada ilk mozaika aşkarlandı
Abidə Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

Arxeoloqlar Türkiyənin mərkəzində 3,5 min il yaşı olan mozaika aşkarlayıblar. Sputnik Azərbaycan "Daily Sabah"a istinadən xəbər verir ki, artıq bu tapıntı dünyanın ən qədim mozaikalarından hesab olunur.

3x7 m ölçüsündə olan mozaika 3147 daşdan ibarətdir. O, Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

"Bizim araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tapılan mozaika dünyada ən birinci mozaikadır. Onun forması da bunu təsdiqləyir. Çünki o, kifayət qədər primitiv tərzdə hazırlanıb. Biz bu tapıntı hesabına turist sektorunun əhəmiyyətini artırmaq niyyətindəyik", - deyə vilayətin mədəniyyət və turizm üzrə idarəsinin direktoru Hüseyn Çiftçi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru