Ərdoğan Azərbaycanla qaz müqaviləsindən DANIŞDI

15-10-2021, 17:56           
Ərdoğan Azərbaycanla qaz müqaviləsindən DANIŞDI
"Avropadakı enerji böhranı fonunda Türkiyə ilə Azərbaycan arasında müqavilə imzalanıb".

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alınmasına dair imzalanan müqaviləyə münasibət bildirərkən deyib.

“Biz tədbirlərimizi görmüşük. Azərbaycanla bağlanan bütün müqavilələr ehtiyat tədbiridir. Rusiya ilə müqavilələrimiz bu baxımdan çox həssasdır. Həssaslığımızı eyni şəkildə davam etdiririk. Rusiya, İran və Azərbaycanla bağlanan bu cür müqavilələr belə böhranları yaşamayacağımıza işarədir”, - Ərdoğan qeyd edib.

O bildirib ki, yalnız Britaniya deyil, bir çox Qərb ölkələrində bu mövzuda sxıntılar davam edir: "Şükürlər olsun ki, hazırda belə bir problemimiz yoxdur. Tədbirlərimizi gördük, görürük. Bu məsələdə sıxıntı Türkiyə üçün müzakirə mövzusu deyil".шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.