Polislər nəfəs borusunda süd qalan körpəni həyata qaytardı – ANBAAN VİDEO

16-10-2021, 09:22           
Polislər nəfəs borusunda süd qalan körpəni həyata qaytardı – ANBAAN VİDEO
Türkiyənin Qaziantep şəhərində nəfəs borusunda süd qalan yeddi aylıq körpə polislərin müdaxilə nəticəsində həyatda qala bilib.

Belə ki, səfərdə olan qadın polis idarəsinə gələrək körpəsinə süd vermək üçün ona qapalı bir otağın ayrılmasını xahiş edib.

Qısa müddət sonra isə təlaş içində otaqdan çıxan qadın ətrafdakılardan kömək istəyib.

Polislərin zamanında və düzgün müdaxiləsi nəticəsində balacanın həyatı xilas edilib.

Hadisə anbaan polis idarəsinin kameraları tərəfindən qeydə alınıb.


Mənbə: “İhlas Haber Ajansı” (İHA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru