Millət vəkili Fəzail Ağamalı Rəcəb Tayip Ərdoğana baş sağlığı verdi

14-03-2016, 16:47           
Millət vəkili Fəzail Ağamalı Rəcəb Tayip Ərdoğana baş sağlığı verdi
Ana Vətən Partiyasının sədri Millət vəkili Fəzail Ağamalı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana baş sağlığı göndərmişdir
Hörmətli cənab, Cumhur başkanı!
Ankara şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar bizi olduqca sarsıtdı. Dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizənizi dəstəkləyirik.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına ağır faciə ilə bağlı dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Şəhid olmuş Türk qardaşlarımıza Allah rəhmət eləsin!

Hörmətlə,
Fəzail Ağamalı
Millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.