“Şarli oldunuz, Paris oldunuz, bəs, Ankara olacaqmısınız?”
15-03-2016, 09:30
“Bu insanlar fərqli deyil, onlar sadəcə türklərdir”
“Şarli oldunuz, Paris oldunuz, indi də Ankara olacaqmısınız?”. Bu, Ankarada yaşayan Ceyms Teylor adlı britaniyalı musiqiçinin Ankara terroru ilə bağlı şəxsi “Facebook” səhifəsində paylaşdığı yazıdan bir sətirdir. ANS PRESS-in məlumatına görə, musiqiçinin terrorla bağlı paylaşdığı yazı hər kəsi təsirləndirib. Bütün dünyaya bir çağırış olan yazıda qeyd olunur: “Axşam saatlarında eşidilən partlayış səsi, şəhərin ən qələbəlik yerində, bir çox avtobusun olduğu, insanların evlərinə getmək üçün avtobus gözlədiyi bir dayanacqda, insanların çay içmək və dincəlmək üçün oturduğu bir parkın yanında baş verdi.
Orada ola biləcəyiniz heç ağlınızdan keçə bilərmi? Hər gün keçdiyiniz yol, hər gün dayandığınız avtobus dayanacağı…
Qurbanları heç düşünürsünüzmü? Evinə getmək üçün avtobus gözləyən gənclər, şəhərdə dolaşan yaşlılar, günəş altında gəzdikdən sonra taksi gözləyən insanlar…
İndi bu insanların ingilis olduğunu düşünün və hadisənin də İngiltərədə baş verdiyini fərz edin. Bu insanlar sizin hər gün gördüyünüz, qarşılaşdığınız normal, xoşbəxt insanlardır. Bu insanlar fərqli deyil. Onlar sadəcə türklərdir.
Bir çox insanın düşüncəsinin əksinə olaraq, Türkiyə Orta Şərq deyil və Ankara bir döyüş meydanı deyil. Normal müasir bir şəhərdir. Digər Avropa ölkələrinin paytaxtları kimi və Kızılay da mərkəzi bir nöqtədir.
London, Paris, Nyu-Yorkdakı terror hücumlarına baxmaq, qurbanlara üzülmək çox asan gələ bilər, bəs niyə eyni şəkildə Ankara üçünü üzülmürsüz? Bunun səbəbi Türkiyəni əsasən müsəlmanların yaşadığı Suriya, İraq kimi bir ölkə olaraq, daxili müharibələrin yaşandığı bir ölkə kimi görməyinizdirmi?
Ankaradakı hadisələr bizə təsir etməz deyə düşünürsünüzsə, ya da Parisdə və Londondakı hadisələr zamanı keçirdiyiniz hisləri keçirmirsinizsə, bunun səbəbini özünüzdən soruşmalısınız.
Türkiyə mükəmməl bir ölkədir. Həyatım boyu Türkiyədə olduğum kimi heç yerdə xoş qarşılanmamışdım, özümü xoşbəxt, təhlükəsiz hiss etməmişdim. Ankara 18 aydır mənim evimdir və evim olaraq da qalacaq. Şarli oldunuz, Paris oldunuz indi də Ankara olacaqmısınız?”