Terrorçu Bayıkın Ankara olayı öncəsi ingilis mətbuatına verdiyi şok müsahibə - "Ərdoğanı və AKP-ni devirmək istəyirik"

15-03-2016, 16:39           
Terrorçu Bayıkın Ankara olayı öncəsi ingilis mətbuatına verdiyi şok müsahibə - "Ərdoğanı və AKP-ni devirmək istəyirik"
PKK-nın liderlərindən olan Cəmil Bayıkın Ankara terrorundan 4 gün öncə, Qəndildə İngiltərənin "Times" qəzetinin müxbiri Antoni Lyoda verdiyi müsahibə diqqətləri çəkib.

Avropa.info xəbər verir ki, terrorçu müsahibəsində Türkiyəyə qarşı hər yerdə savaşaqlarını bildirib. O, əsas hədəflərinin Ərdoğan və AKP olduğunu gizlətməyib.

"Ərdoğan devrilmədikcə Türkiyədə demokratiya olmayacaq. Ərdoğan bizi yensə Türkiyədə demokratiya istəyən hər kəsi yenəcək. Əsas məqsədimiz Ərdoğan və AKP-ni devirməkdir. Bu olmayınca Türkiyə demokratik ölkə ola bilməz."

PKK terrorçusu müsahibəsində guya ölkədə türk-kürd qarşıdurması olduğunu və türklərin kürdlərin evlərini yandırdıqları haqda yalanlar da uydurub.

"Türklər küçəyə çıxma qadağasının tətbiq edildiyi kürdlər yaşayan şəhərlərdə hər şeyi qarət edib yandırdılar.Bu səbəbdəb xalqımız intiqam hissi ilə yanır. Onlara intiqamlarını alma çağrışı etmişik. Bu yeni bir dövürdü. Əvvəllər türklərlə savaş yalnız dağlarda idi. İndi şəhər, kənd hər yerdə müharibə edəcəyik" deyə terrorçu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru