Bu gün prezident İlham Əliyev öz qardaşlıq borcunu layiqincə yerinə yetirdi!!VİDEO
15-03-2016, 21:03
Azərbaycan prezidenti Türkiyənin ağır günündə öz qardaşlıq borcunu yerinə yetirdi. Prezident İlham Əliyev lazım olan addımı atdı.
Mənə şəxsən bu təəcüblü gəlmədi. Türkdilli dövlətlərin Bakıda keçirilən toplantısında “Boz Qurd”-u başalrının üstündən asan, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidentinin hədyan danışıqlarına cavab olaraq:
"Türkiyənin arxasınca danışmaq asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə əvəzində Ermənistana cavab verə bilərəm." deyən prezident İlham Əliyevin bu gün Ankarada olması və qardaşlarımızla bərabər onların acısını paylaşmasından təbii nə ola bilər?
Bu gün prezident İlham Əliyevin dediyi: -Türkiyə nə qədər güclü olsa Azərbaycan o qədər güclü olacayıq - cümləsi böyük türk birliyinin təməlinin möhkləm olmasından xəbər verir. Əsas isə odur ki, əsrlər boyu türk millətinin fikir adamlarının qarşılarına qoyduğu bir nömrəli məsələni bu gün Rəcəb Tayyıb Ərdoğan ilə İlham Əliyev həyata keçirdir.
Bu gün böyük türk millətinin birlik bərabərlik günüdür.Qardaş qardaşın yanında həm xoş həmdə ağır gündə olar. Qarı düşmıənlərin minbir oyunla böldüyü böyük türk millətinin birlik özülü bu gün İlham Əliyevin Ankaraya səfəri ilə bərkitdi . Azərbaycan prezidenti bütün protokol qaydalarını göz ardına alaraq Ankaraya səfər etdi və bunula bütün dünyaya öz səfini göstərdi.
Mən inanıram ki, Azərbaycan prezidenti bu gün bütün türk dövlətlərinin başçılarına bir nümunə göstərdi. Qardaşın düşmən saldırısına uğrayıbsa sən onun yanında olmalısan! Necə ki, Azərbaycan prezidenti bu gün Ankaradadır və qardaşlıq borcunu yerinə yetirir!
Tanrı Türkü Qorusun!
Nurəddin Xoca.
teref.az saytının baş redaktoru.
"Boz Qurd" batalyonunun komandiri.
[media=https://www.youtube.com/watch?v=j16hYS04HU0]