Sosial şəbəkələrdə Türkiyə vətəndaşları İlham Əliyevin səfəri haqda: - “Can Azərbaycan!”

15-03-2016, 21:21           
Sosial şəbəkələrdə Türkiyə vətəndaşları İlham Əliyevin səfəri haqda: - “Can Azərbaycan!”
Martın 13-də Türtkiyənin paytaxtı Ankarada baş verən terror aktı prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərini ikinci dəfə təxirə düşməyinə səbəb oldu.

Azərbaycan prezidenti İlham Əliyev isə həmkarının martın 15-də gözlənilən səfərinin baş tutmamasına cavab olaraq özü bu gün Türkiyəyə gedib. İlham Əliyevin Türkiyə səfəri qərarı belə bir dönəmdə gözəl jest kimi qiymətləndirilib və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

“Twitter” mikrobloqlar servisinin türkiyəli istifadəçiləri “#CanAzerbaycan”, “#gardaş”, “#İlhamAliyev” və s. bu kimi heşteqlərlə Azərbaycana təşəkkür ediblər.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev artıq Türkiyədədir və onun rəsmi qarşılanma mərasimi baş tutub.

Xatırladaq ki, martın 13-də paytaxt Ankarada baş verən terror aktı 37 nəfərin həyatına son qoyub, 125 nəfərin isə yaralanmasına səbəb olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru