Bərzani: “Kürdlərin dövlət qurmasının vaxtı çatıb”

15-03-2016, 23:32           
Bərzani: “Kürdlərin dövlət qurmasının vaxtı çatıb”
“Yaxın Şərqdə sərhədlərin yenidən nəzərdən keçirilməsinin zamanı gəlib. Kürdlərin də bir dövləti olmalıdır”.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani “Phliladelphia Media Network” adlı agentliyə açıqlamasında bildirib.
M. Bərzani deyib ki, Səddam Hüseynin devrilməsindən sonra İraqda məzhəb ayrı-seçkiliyi ölkəni parçalayıb: “Yaxın Şərqə baxarkən köhnə sərhədlərin ancaq kağız üzərində qaldığını görürük. Bölgədəki reallıqlar Yaxın Şərqin xəritəsini yenidən cızır”.
Gələcəkdə İraqda “Sünnistan” qurulması ehtimalı olduğunu söyləyən M. Bərzani Suriyada Əsəd rejiminin fəaliyyəti nəticəsində məzhəblərarası savaşın ölkəni parçaladığını vurğulayıb: “Kürdlərə gəlincə, onlar 1923-cü il Lozanna anlaşmasından bu yana müstəqilliyi xəyal edir. Həmin müqaviləyə əsasən Osmanlı imperatorluğunun süqutundan sonra kürdlərə də bir dövlət verilməsi öhdəliyinə əməl edilmədi”.
Bununla yanaşı, M. Bərzani kürd dövləti ilə bağlı konsepsiyasının ancaq İraq Kürdüstanını əhatə edəcəyini deyib: “ABŞ bizə qarşı hərəkət etməz, əgər qarşı çıxmasa, minnətdar olarıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.