Ərdoğan Türkiyədə terrorçuların fəallaşmasının səbəbini açıqladı

16-03-2016, 20:27           
Ərdoğan Türkiyədə terrorçuların fəallaşmasının səbəbini açıqladı
Türkiyədə terror təşkilatlarının fəallaşmasının səbəbi Ankaranın əvvəlki illərlə müqayisədə müstəqil siyasət yürütməsidir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, rəsmi Ankara öz fəaliyyəti ilə bəzi ölkələrin planlarını pozdu.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyədə PKK silahlılarından dəfələrlə Rusiya və ABŞ istehsalı olan silahlar götürülüb: "Bəziləri düşünür ki, Ərdoğan istefaya getsə, Türkiyədə sakitlik bərqərar olacaq. Məgər 90-cı illərin əvvəllərində ölkədə terror tüğyan edəndə Türkiyəni mən idarə edirdim?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru