PKK-nın Türkiyədən ilginc istəyi

16-03-2016, 22:55           

Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında sıxışdırılan PKK terrorçuları Şimali İraqa keçmək üçün rəsmi şəxslərdən dəhliz açılmasını istəyib.

Axar.az xəbər verir ki, bir qrup PKK komandanı Hakkari vilayətinin məmurları ilə görüşərək əməliyyatların dayandırılmasını və terrorçuların İraqa keçməsi üçün dəhliz yaradılmasını istəyib.

Məlumata görə, PKK-çıların bu istəyi qəbul edilməyib.

Rəsmi və hərbi dairələr terrorçulara təslim olmağı təklif ediblər.

Qeyd edək ki, Yüksəkova mahalında Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı intensiv əməliyyatlar aparır. Son məlumata görə, ərazidə 1000-1200 terrorçu müqavimət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru