"İncirlik" hərbi bazası maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi

17-03-2016, 00:45           
"İncirlik" hərbi bazası maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi
Türkiyənin cənubundakı «İncirlik» hərbi bazası «delta» maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi. Virtualaz.org «Hürriyət» qəzetinin məlumatına əsasən xəbər verir ki, bu məlumatı hərbi mənbələr təsdiq edib.

Hazırda sözügedən hərbi bazada İŞİD terrorçularına qarşı ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin tərkibində hava əməliyyatlarında iştirak edən ABŞ, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin hərbi təyyarələri var.

Qəzetin verdiyi xəbərə əsasən, maksimal döyüş hazırlığı daxil olmuş kəşfiyyat məlumatlarına görə elan olunub. Aviabazada şəxsi heyət üçün istirahət günləti təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru