Rusiyadan Türkiyəyə daha bir sanksiya

17-03-2016, 09:32           
Rusiyadan Türkiyəyə daha bir sanksiya
Rusiyanın qida təhlükəsizliyi üzrə "Rosselxoznadzor" şirkəti martın 17-dən etibarən Türkiyədən bibər və nar idxalının müvəqqəti olaraq dayandırılacağını açıqlayıb. Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, qurumdan verilən yazılı açıqlamada bildirilir ki, Türkiyədə istehsal olunan bibər və narda sağlamlıq baxımından təhlükəli maddələr aşkarlanıb: "Bu səbəbdən adı çəkilən məhsulların birbaşa və ya üçüncü ölkələr üzərindən Rusiyaya idxalı qadağan edilıb". Qeyd edək ki, Türkiyənin hava sahəsini pozan rus döyüş təyyarəsi ötən ilin noyabr ayında vurulduqdan sonra Rusiya bu ölkədən idxal edilən bəzi qida məhsullarına sanksiya tətbiq etməyə başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.