Ankarada terror aktına görə məsuliyyəti PKK-nın qolu olan təşkilat üzərinə götürülüb
17-03-2016, 13:36
Martın 13-də Ankarada törədilən parlayışın məsuliyyətini TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı üzərinə götürüb.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” terror təşkilatının saytına istinadən məlumat yayıb.
Qeyd edək ki, TAK Ankarada ötən ayın 19-da törədilən partlayışın da məsuliyyətini üzərinə götürmüşdü.